"Aston Villa" Acun Ilıcalının klubundan hücumçu transfer etdi
Əziz Əzizli
İngiltərə Premyer Liqası komandası "Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərə Çempionşipdə mübarizə aparan "Hall Siti" klubundan Ceydon Filocini transfer edib. İngilis hücumçu ilə 5 illik müqavilə imzalanıb.
"Aston Villa" bu transfer üçün qarşı tərəfə 13 milyon avro ödəyib.
Qeyd edək ki, "Hall Siti" klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.
Qeyd edək ki
Teqlər:
"\"Aston Villa\" Acun Il\u0131cal\u0131n\u0131n klubundan h\u00fccum\u00e7u transfer etdi"