19 İyul 2024, 16:33
Stanislav Çerçesov: "Azərbaycandan maraq var idi, ancaq təklifdə konkretlik yox idi"
Stanislav Çerçesov: "Azərbaycandan maraq var idi, ancaq təklifdə konkretlik yox idi" şəkil
Stanislav Çerçesov: "Azərbaycandan maraq var idi, ancaq təklifdə konkretlik yox idi"

Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesov təyinatı ilə bağlı Rusiya mətbuatına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, 60 yaşlı mütəxəssis seçiminin səbəbini izah edib.

O, həmin ərəfədə Azərbaycandan təklifinin olduğunu bir daha açıqlayıb: “Ferensvaroş”dan gedəndən sonra dedim ki, rusdilli ölkələrdə çalışmaq istəyirəm. Çoxları elə başa düşdü ki, Rusiyanı nəzərdə tuturam. O deyil ki, ingilis və ya alman dilini sevmirəm. Sadəcə, fikirlərimi öz dilimdə çatdırmaq istəyirəm. Azərbaycandan maraq var idi, maraqlı variant olardı. Ancaq təklifdə konkretlik yox idi. Rusiyadan isə heç bir böyük klubdan əlaqə saxlayan olmadı. Qazaxıstan rusdilli ölkə olduğundan, seçimimi etdim”.

Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Stanislav Çerçesovun adı bir müddət Azərbaycan millisi ilə birgə hallanırdı

Son xəbərlər
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı