"Neftçi" "Trabzonspor"un futbolçusunu transfer edir
Əziz Əzizli
"Neftçi" komandası ötən mövsüm icarə əsasında "Sakaryaspor"da çıxış edən Murat Cem Akpınarla maraqlanır.
"Operativ Media" xəbər verir ki, transfer haqları "Trabzonspor"da olan 25 yaşlı yarımmüdafiəçini Türkiyə klubları da transfer etmək istəyir.
Türkiyə mətbuatına görə son olaraq "Sakaryaspor"da icarə əsasında çıxış etmiş futbolçu Azərbaycanın aşağı yaş qruplarında forma geyindiyindən "Neftçi"də yerli statusda oynaya bilər.
Qeyd edək ki, Murat Cem Akpınar keçən mövsüm "Sakaryspor" forması ilə 29 matçda 2 qol, 7 assist etməyi bacarıb.
Teqlər:
"\"Neft\u00e7i\" \"Trabzonspor\"un futbol\u00e7usunu transfer edir"