Menyu

"Sumqayıt" - "Fehervar" oyununa satılan bilet sayı açıqlandı

Əziz Əzizli
"Sumqayıt" - "Fehervar" oyununa satılan bilet sayı açıqlandı
1 dəq oxu

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununun bilet satışı davam edir.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda baş tutacaq qarşılaşma üçün indiyə qədər 4600 bilet satılıb.

Azarkeşlər iTicket.az və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı, dünəndən etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından da bilet əldə edə bilərlər.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” matçı saat 20:00-da başlayacaq

Əlaqəli Xəbərlər