23 İyul 2024, 16:48
"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır"
"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır" şəkil
"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır"

"Qarabağ” işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır.

"Operativ Media" xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Co Martines klubun rəsmi saytına açıqlamasında deyib.

“Qarabağ”ın UEFA Çempionlar Liqasnın 2-ci təsnifat mərhələsindəki rəqibi olan “qırmızı-qaralar”ın müdafiəçisi Ağdam təmsilçisini yaxşı tanıdıqlarını deyib:

“Qarabağ” yaxşı tanıdığımız komandadır. Ötən mövsüm təsnifat mərhələsində bu komanda ilə üz-üzə gəlmişdik. “Qarabağ” işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır. Onlar görüş ərzində topa daha çox nəzarət etmək və oyunu ələ almağa çalışacaqlar. Çalışacağıq ki, bütün bunlara mane olaq. “Qarabağ”ı yaxşı təhlil etmişik. Matça çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, nəticə istədiyimiz kimi olacaq”.

“Linkoln” və “Qarabağ” arasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu bu gün, saat 20:00-da start götürəcək

Son xəbərlər
Azərbaycan millisi (U-21) Şimali Makedoniya ilə heç-heçə etdi
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub