24 İyul 2024, 09:17
"Qarabağ" qələbə qazandı, Azərbaycanın reytinq xalı artdı
"Qarabağ" qələbə qazandı, Azərbaycanın reytinq xalı artdı şəkil
"Qarabağ" qələbə qazandı, Azərbaycanın reytinq xalı artdı

Çempionlar Liqası (ÇL) və Konfrans Liqasında (KL) 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın aktivinə növbəti xallar yazılıb.

“Qarabağ”ın ÇL-in 2-ci raundunda “Linkoln”u Cəbəllütariqdə 2:0 hesabı ilə məğlub etməsi ölkəmizə daha 0,250 xal gətirib. Bununla cari mövsüm toplanan xal sayı 0,500 olub. Son 5 mövsümdəki nəticələrə görə aktivində 17,250 xal olan Azərbaycan reytinqdə 25-ci pillədə qalıb. 24-cü sıradakı Slovakiyadan cəmi 0,125 xal geri qalırıq.

Baş tutan matçlardan sonra 5 ölkə bir pillə irəliləyib. Bunlar Norveç, Danimarka, Macarıstan, İsveç və Kosovodur. Onlar müvafiq olaraq Avstriya, İsveçrə, Rusiya, Rumıniya və İrlandiyanı geridə qoyublar.

UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) üçüncü pillədədir

Son xəbərlər
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub
Gədəbəydə yanğın baş verib
Rusiyada nazir müavini yol qəzası keçirib