Azərbaycanın ilk təmsilçisi bu gün Olimpiadada mübarizəyə başlayır
Əziz Əzizli
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
"Operativ Media" xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.
O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq
Teqlər:
"Az\u0259rbaycan\u0131n ilk t\u0259msil\u00e7isi bu g\u00fcn Olimpiadada m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131r"