25 İyul 2024, 21:09
Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib
Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib şəkil
Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşüb.

Görüş milli komandamızın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan

Tomorr Sinani İdman Sarayı

Son xəbərlər
Azərbaycan millisi (U-21) Şimali Makedoniya ilə heç-heçə etdi
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub