Özbəkistanın Əndican bölgəsində zooparkın işçisi ayının hücumuna məruz qalaraq ölüb.
"Operativ Media"nın xəbərinə görə, bu barədə yanvarın 6-da bölgənin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin təfərrüatlarında qeyd olunub ki, zoopark işçisi ayını qidalandırmaq üçün onun yuvasına girib. Bu zaman heyvan onun üstünə qaçaraq boynunu dişləyib. Kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.






