06 Yanvar 2023, 12:16
Tayvan "Starlink"in kopyasını yaradır
Tayvan "Starlink"in kopyasını yaradır şəkil
Tayvan "Starlink"in kopyasını yaradır

Tayvan peyk internet texnologiyaları sahəsində layihənin həyata keçirilməsi üçün TASA kosmik agentliyinə yerli və beynəlxalq investorlarla danışıqlar aparır.

"Operativ Media" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşrin məlumatına görə, Tayvan  hakimiyyəti Ukrayna hadisələri zamanı SpaceX-in Starlink peyk sisteminin rolundan ilhamlanaraq onun analoqunu orbitə buraxmağı planlaşdırır.

Tayvan tərəfi maliyyə üçün "SpaceX" və Tesla ilə işləyən Amerika vençur fondu "Draper Associates"ə müraciət edib. 

2022-ci ilin fevralından Ukrayna tərəfi 22 minə yaxın "Starlink" antenası alıb. Dekabrın 20-də Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov "SpaceX"in yaxın gələcəkdə ölkəyə 10 mindən çox "Starlink" terminalı gətiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Tayvan və Çin arasında münasibətlərin kəskinləşməsi 2022-ci ilin ortalarından qeydə alınıb: dekabrın 26-da Tayvanın Müdafiə Nazirliyi bildirib ki, indiyə qədər Çin hərbi təyyarələri tərəfindən hava hücumundan müdafiə zonasının ən böyük pozuntusu qeydə alınıb.

Çin sədri isə ABŞ prezidenti Co Baydenə bildirmişdi ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində “qırmızı xətt”dir.

Son xəbərlər
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək