Menyu

Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib

Nərmin Qocamanlı
Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib
1 dəq oxu

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib. 

"Operativ Media" xəbər verir ki, Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib. 

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər