28 İyul 2024, 18:30
Qurban Qurbanov: "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir
Qurban Qurbanov: "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir şəkil
Qurban Qurbanov: "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir

"Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir.

"Operativ Media" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu görüşün Ağdam təmsilçisi üçün önəmli olduğunu söyləyib:

"Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik. Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qaşrı mübarizə aparacağıq. "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək