Menyu

İspaniyanın U-19 komandası futbol üzrə Avropa çempionu oldu

Əziz Əzizli
İspaniyanın U-19 komandası futbol üzrə Avropa çempionu oldu
1 dəq oxu

Şimali İrlandiyada keçirilən Avropa çempionatı İspaniyanın 19 yaşadək futbolçulardan ibarət komandasının qələbəsi ilə başa çatıb.

"Operativ Media" xəbər verir ki, finalda İspaniyanın U-19 komandası fransızları 2:0 hesabı ilə məğlub edib.

Hesabı 41-ci dəqiqədə “Bayer”in hücumçusu İker Bravo açıb. 69-cu dəqiqədə "Betis"in cinah oyunçusu Asane Diao ispanların üstünlüyünü ikiyə çıxardıb.

Fransa yığması 77-ci dəqiqədən etibarən 10 futbolçu ilə çıxış edib. “Havri”nin müdafiəçisi Yoni Qomis meydandan qovulub.

Əlaqəli Xəbərlər