Menyu

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər

Redaksiya
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Teqlər:

"\u0130lham \u018fliyev v\u0259 birinci xan\u0131m Mehriban \u018fliyeva c\u00fcdo\u00e7u Hiday\u0259t Heyd\u0259rova z\u0259ng edibl\u0259r"

Əlaqəli Xəbərlər