Menyu

Paris-2024: Azərbaycan avarçəkəni mübarizəni dayandırdı

Əziz Əzizli
Paris-2024: Azərbaycan avarçəkəni mübarizəni dayandırdı
1 dəq oxu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

"Operativ Media" xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edən Dımçenko ilk “3-lüy”ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.

O, altı idmançı arasında dördüncü yeri tutub.

Olimpiada avqustun 11-də başa çatacaq

Əlaqəli Xəbərlər