Azərbaycan millisinin üzvü Finlandiya çempionu ilə müqavilə bağladı
Əziz Əzizli
Azərbaycan milli komandasının futbolçusu Özancan Kökçü özünə yeni klub tapıb.
"Operativ Media" xəbər verir ki, o, Finlandiya təmsilçisi HİK-ə keçib.
Bu barədə futbolçunun atası Halis-Sibel Kökcü feysbuk hesabında paylaşım edib. Kökcü Skandinaviya ölkəsinin klubu ilə 2,5 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Ozan ötən mövsüm Niderlandda, “Eyndhoven”in heyətində 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı. Kökçü daha əvvəl “Bursaspor”, “Giresunspor”, “Telstar”, “Velveyk” klublarında oynamışdı
Teqlər:
"Az\u0259rbaycan millisinin \u00fczv\u00fc Finlandiya \u00e7empionu il\u0259 m\u00fcqavil\u0259 ba\u011flad\u0131"