31 İyul 2024, 23:15
"Sabah" - "Makkabi" oyununa satılan biletlərin sayı bəlli olub
"Sabah" - "Makkabi" oyununa satılan biletlərin sayı bəlli olub şəkil
"Sabah" - "Makkabi" oyununa satılan biletlərin sayı bəlli olub

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya 6500 bilet satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"