Ana səhifə / Dünya / Qızıl və gümüş bahalaşıb Qızıl və gümüş bahalaşıb 07.01.2023, 12:31 Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 1,58% artaraq, 1 869,7 ABŞ dollarına bərabər olub. Bu barədə "Operativ Media" birja məlumatlarına istinadən xəbər verir. Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 2,38% artaraq, 23,98 dollar təşkil edib.