Menyu

Məhdud sayda avtomobil buraxılan Şuşada niyə tıxac yaranıb?

Nərmin Qocamanlı
Məhdud sayda avtomobil buraxılan Şuşada niyə tıxac yaranıb?

Sosial şəbəkələrdə Şuşa qalasının ətrafında avtomobil sıxlığının müşahidə olunduğu görüntülər yayılıb.

Hələlik Şuşaya girişin məhdud olduğunu nəzərə alsaq, görüntülər gələcəkdə şəhərdə nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı "Operativ Media"ya açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, əsasən şənbə və bazar günləri Şuşada Cıdır düzünə qalxan yolda avtomobillərin sıxlığı müşahidə olunur:

"Bildiyimiz kimi insanlar Şuşaya xüsusi icazə ilə gedirlər. Bu icazə olmasa sıxlıq daha çox olar. Ona görə də bu ərazidə müəyyən tədbirlər görülməlidir. Amma hər ərazinin öz xüsusiyyəti var. Şuşanın ərazisi çox məhduddur. Fotodo görünən yol Cıdır düzünə qalxan ən yaxın küçəyə 200-300 metr məsafədədir. O ərazidən biraz qarşıda avtodayanacaqlar var. Digər hissəyə artıq avtomobillə giriş yoxdur. Şuşanın ərazisi balaca olduğuna görə burada müxtəlif sistemlər tətbiq etmək çətin məsələdir. Bu ərazilərə insanların avtomobil olmadan gəlmələrini təmin etmək lazımdır". 

Ekspert bildirib ki, Cıdır düzünə qalxan yolda qolf maşınları kimi marşrutlar fəaliyyət göstərə bilər

"Cıdır düzünə qalxan yolda qolf maşınları kimi marşrutlar fəaliyyət göstərə bilər. Həmin maşınlar ilə Cıdır düzünə qalxmaq daha gözəl olar. Elə şərait yaradılmalıdır ki, insanların bu əraziyə öz şəxsi nəqliyyat vasitələri ilə qalxmalarına zərurət olmasın".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanladıq, amma geri dönüş ala bilmədik.

Qeyd edək ki, daha öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Şuşa şəhərində nəqliyyatın hərəkətinin minimuma endiriləcəyini bildirmişdi.

 

Gülcahan Məmmədova

Teqlər:

"M\u0259hdud sayda avtomobil burax\u0131lan \u015eu\u015fada niy\u0259 t\u0131xac yaran\u0131b?"

Əlaqəli Xəbərlər