Menyu

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev avqustun 8-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib. 

ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl nazir və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Qəbul zamanı ətraf mühitin mühafizəsi, biomüxtəliflik, mineral xammal, geologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər