Menyu

Ali məktəblərdə IV ixtisas qrupu üzrə 4600 plan yeri ayrılıb

Nərmin Qocamanlı
Ali məktəblərdə IV ixtisas qrupu üzrə 4600 plan yeri ayrılıb

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən "Operativ Media"ya bildirilib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi avqustun 9-dan 19-dək aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər