Menyu

Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baş çəkib

Əsəd Abbaslı
Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baş çəkib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baş çəkib.

Bu barədə "Operativ Media"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC-nin Şəkinin Daşüz kəndində yerləşən camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, "Aqroservis" ASC-nin Çələbixan qəsəbəsi və Cəfərabad kəndlərində yerləşən regional nümayəndəliklərinə baş çəkib, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin, Aqrar Təlim Mərkəzinin regional bölməsinin, toxumçuluq laboratoriyasının, gübrə anbarlarının, texnika parkının fəaliyyəti ilə maraqlanıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində toxum anbarlarına, gübrə sınaqlarının aparıldığı qarğıdalı əkini sahələrinə, Şəki Toxum Emalı Zavoduna baxış keçirən M. Məmmədov görülən işləri dəyərləndirib, öz tapşırıq və tövsiyələrini verib. Nazir, həmçinin Vərəzət kəndində 8 hektar sahədə salınmış "Bioqarden" aqroekoturizm kompleksi ilə tanış olub, bu sahənin daha da inkişaf etdirilməsi üçün təkliflərini verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər