Menyu

Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

Nərmin Qocamanlı
Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

"Operativ Media" xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", – o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.

Teqlər:

"Mehriban \u018fliyeva Olimpiya Oyunlar\u0131n\u0131n b\u00fcr\u00fcnc m\u00fckafat\u00e7\u0131s\u0131n\u0131 t\u0259brik edib"

Əlaqəli Xəbərlər