Menyu

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Nərmin Qocamanlı
Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

KOBİA-dan "Operativ Media"ya verilən məlumata görə, iclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar “Cibpay” MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, “Optima Business Solutions” MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç” MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Teqlər:

"Daha 3 KOB subyektin\u0259 \u201cStartap\u201d \u015f\u0259had\u0259tnam\u0259si verilib"

Əlaqəli Xəbərlər