Menyu

Daha bir MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Nərmin Qocamanlı
Daha bir MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
1 dəq oxu

“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. 

İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər