Bakıda xarici ölkə vətəndaşının 100 000 manatı oğurlanıb
Nərmin Qocamanlı
Paytaxtın Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net