Menyu

Qəbələdə vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb

Əsəd Abbaslı
Qəbələdə vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
1 dəq oxu

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"a verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər