Menyu

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub

Əsəd Abbaslı
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub
1 dəq oxu

Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər