http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub

12 Avqust 2024 , 09:53
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim olunub.

"Operativ Media" xəbər verir ki,avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Aslanov kollektivə təqdim edilib.

Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.

Qeyd edək ki, Ramil Aslanov 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır.

R.Aslanov bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR
Şəkidə yol qəzası baş verib

Şəkidə yol qəzası baş verib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan səfir Serdar Kılıçı qəbul edib

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan səfir Serdar Kılıçı qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:26

    Şəkidə yol qəzası baş verib
  • Dünən
    23:05

    Polşa Ukraynaya 400-ə yaxın tank göndərib
  • Dünən
    22:59

    Azərbaycan yığması 3-cü turda da məğlub olmadı
  • Dünən
    22:54

    ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
  • Dünən
    22:40

    Əməkdar artist Rafiq İbrahimov vəfat edib
  • Dünən
    22:32

    Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib
  • Dünən
    22:15

    Ukrayna Nazirlər Kabineti 2025-ci il dövlət büdcəsinin layihəsini təsdiqləyib
  • Dünən
    22:07

    ABŞ və müttəfiqləri iddia edilən RT təhlükəsi ilə mübarizə kampaniyasına başlayıblar
Menyu