Menyu

AYNA: Bakı və Abşeronda yanvar-iyul aylarında avtobusla 235,058 milyon sərnişin daşınıb

Nərmin Qocamanlı
AYNA: Bakı və Abşeronda yanvar-iyul aylarında avtobusla 235,058 milyon sərnişin daşınıb
1 dəq oxu

2024 ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb.

"Operativ Media" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 220,732 milyon sərnişin daşınıb.

Əlaqəli Xəbərlər