Mikayıl Cabbarov: Hacı Əliyev hər zaman komanda yoldaşlarına nümunə olub
O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarovbu barədə sosial media hesabında paylaşım edib.
"Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı", - deyə AGF rəhbəri bildirib.
Teqlər:
"Mikay\u0131l Cabbarov: Hac\u0131 \u018fliyev h\u0259r zaman komanda yolda\u015flar\u0131na n\u00fcmun\u0259 olub"