Menyu

"İctimai iaşə obyektlərində zəhərlənmə halları artıb" - Nəzarət necə aparılır?

"İctimai iaşə obyektlərində zəhərlənmə halları artıb" - Nəzarət necə aparılır?

Xəbər verdiyimiz kimi, ötən gün Göygöldə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə rayonun Toğanalı kəndində qeydə alınıb. Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi açıqlanıb.

Zəhərlənmə hallarının artmasının səbəbi nədir?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinın (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub:

423687096_416113301225865_4712547629462828454_n.jpg?ccb=11-4&oh=01_Q5AaID3BWpZNQUsBmxUo8wji2AvLRLw9Q8RWX-K6-bvLAPMk&oe=66C6CFC3&_nc_sid=5e03e0&_nc_cat=100

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov AQTA-nın icazəsi olmadan bu tipli yerlərdə mərasimlərin təşkil edilməsi doğru olmadığını qeyd edib:

Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan, 1920, 10.03.2023

 “Yas mərasimlərimdə mis qazanda hazırlanan yeməklər zəhərlənmələrə səbəb ola bilər. Mis qazanlarda hazırlanan yeməklərdə insan sağlamlığına ziyan yaradacaq maddələr əmələ gəlir. İnsan bir anda zəhərlənə bilir. Bu tip mərasim evlərinə heç kim nəzarət etmir. Heç bir qurum mərasim evlərinə cavabdeh deyil. AQTA belə obyektlərdə manitorinqlər aparmalıdır. AQTA-nın icazəsi olmadan bu tipli yerlərdə mərasimlər keçirmək doğru deyil. Yas mərasimi keçirən şəxs AQTA-dan heç bir icazə almır. Bu zaman da təəssüflər olsun ki, belə hallar baş verir”.

Mövzu ilə bağlı “Operativ Media”ya danışan qida mütəxəssisi Məhsəti Hüseynova yay mövsümündə bu kimi hallarla tez-tez qarşılaşdıqlarını bildirib:

IMG_7292.jpeg

“Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, ictimai iaşə obyektlərində, eləcə də qida məhsulları ilə bağlı çalışan müəssisələrdə mütamadi olaraq AQTA tərəfində nəzarət monitoriqləri aparılır. Həmin obyektdə xoşagəlməz hallar aşkarlandıqda ictimaiyyətə  məlumat verilir.

Hazırda yay mövsümüdür. Bu zaman zəhərlənmə halları daha tez-tez baş verir. Yüksək tempuratur zəhərlənmə hallarına əlverişli mühit yaradır. Zəhərlənmə bir çox hallarda keyfiyyətsiz, mənşəyi bəlli olmayan məhsullardan qaynaqlanır. Eyni zamanda vaxtı keçmiş, saxlanma qaydalarına əməl olunmadıqda da bu kimi hallar müşahidə edilir”. 

O, qeyd edib ki, son zamanlarda ictimai iaşə obyektlərində zəhərlənmə halları artıb:

“Qidaların düzgün hazırlanması, onların düzgün qablarda və tempuraturda saxlanılması çox vacibdir. Bu qaydalara çox ciddi əməl olunmalıdır. Bu onu deməyə əsas verir ki, orada hazırlanan qidalara ciddi nəzarət lazımdır. Xüsusi ilə mərasim evlərinə qidaların kənardan gətirilməsi, obyektlərin icarəyə verilməsi zamanı zəhərlənmə halları daha çox olur. Çünki, həmin qidaların mənşəyi, hazırlanması və saxlanılması sual altındadır. Kütləvi məclislərin keçirildiyi mərasim yerlərində bu kimi qidalardan uzaq durmaq lazımdır”.

Gülcahan Məmmədova

Teqlər:

"\"\u0130ctimai ia\u015f\u0259 obyektl\u0259rind\u0259 z\u0259h\u0259rl\u0259nm\u0259 hallar\u0131 art\u0131b\" - N\u0259zar\u0259t nec\u0259 apar\u0131l\u0131r?"

Əlaqəli Xəbərlər