Misirdə Süveyş kanalında yük gəmisinin saya oturduğu açıqlanıb
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının sədri Osame Rabie mövzu ilə bağlı verdiyi açıqlamada sahilə çıxan M/V Glory gəmisinin kanal hərəkətinə təsir etmədiyini bildirib.
Rabie, gəmini üzmək üçün işlərin davam etdiyini açıqlayıb.






