09 Yanvar 2023, 14:10
1 milyard dollarlıq sərvəti olan Jerry Seinfeld kimdir?
1 milyard dollarlıq sərvəti olan Jerry Seinfeld kimdir? şəkil
1 milyard dollarlıq sərvəti olan Jerry Seinfeld kimdir?

1 milyard dollar sərvəti ilə dünyanın ən varlı aktyoru olan Jerry Seinfeld (Jerome Allen Seinfeld) 29 aprel 1954-cü ildə  Nyu-Yorkda anadan olub. 68 yaşlı komediya ustası, aktyor və yazıçı Jerry Seindfeld obrazı ilə tanınaraq məşhurlaşıb. O, 1999-cu ildə Cessika Seynfeldlə ailə həyatı qurub.

"Operativ Media" Jerry Seindfeldin yer aldığı dünyaca məşhur layihələri təqdim edir:

-Seynfeld

-Komediyaçılar Maşında Qəhvə İçir

-Arı filmi

-komediyaçı

-Seinfeld Hekayəsi

-Benson

-Öldürməyə 23 Saat

-Jerry Seinfelddən əvvəl

Aktyora ən çox səs gətirən layihə Seynfeld televiziya şousu olub. 5 iyul 1989-cu ildən 14 may 1998-ci ilə qədər NBC -də ümumilikdə 9 mövsüm yayımlanan serial həmçinin Emmy mükafatına layiq görülüb.

2002-ci ildə "TV Guide" jurnalı serialı Amerikanın ən yaxşı televiziya şousu adlandırıb.

Qeyd edək ki, "World of Statistics" tviterdə dünyanın ən varlı aktyorlarının siyahısını açıqlayıb. Siyahıya əsasən amerikalı aktyorlar Jerry Seindfeld və Tayler Perri ilk sırada yer alıblar.

Son xəbərlər
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək