
ABŞ-ın Kaliforniya əyalətində şiddətli yağış və şiddətli fırtına səbəbiylə 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə əmri verilib.
"Operativ Media" xəbər verir ki, Los Angeles Times-ın məlumatına görə, səlahiyyətlilər Karpinteriya bölgəsindəki Montecito, Toro Kanyonu, Sycamore Kanyonu və Padaro Lane sakinlərinə dərhal yaşayış yerlərini boşaltmağı əmr edib.
Sakinləri daha yüksək yerə getməyə çağırarkən Santa Barbarada evakuasiya mərkəzi yaradılıb.
Milli Meteoroloji Xidmətdən verilən açıqlamada, xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağış ehtimalının bu gün də davam etdiyi bildirilib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ştatda fırtınalar, küləklər və yağışlarla əlaqədar yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.