10 Yanvar 2023, 16:12
ÜST Çindəki koronavirusun təhlükəsini dəyərləndirib

ÜST Çindəki koronavirusun təhlükəsini dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, təşkilat Çində yayılan koronavirusla bağlı Avropa üçün təhlükə görmür.
Qeyd edək ki, son aylar Çində koronavirusa yoluxmaların yenidən artdığı və məcburi tədbirlər görüldüyü bildirilir. ÜST isə Çinin koronavirusla bağlı səmimiliyinə inanmadığını bildirir. Buna səbəb Çinin rəqəmləri və detalları vaxtı-vaxtında təşkilata təqdim etməməsidir.