Menyu

Növbəti iki gündə müşahidə olunacaq isti hava ilə bağlı xəbərdarlıq edilib

Nərmin Qocamanlı
Növbəti iki gündə müşahidə olunacaq isti hava ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 27-28-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.

“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.


Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Teqlər:

"N\u00f6vb\u0259ti iki g\u00fcnd\u0259 m\u00fc\u015fahid\u0259 olunacaq isti hava il\u0259 ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edilib"

Əlaqəli Xəbərlər