Bakıda yanğın baş verən binadan 5 nəfər təxliyə edilib
Əsəd Abbaslı
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.
"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, digər mənzillər yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net