Qazaxıstanın Karaqandı şəhərində mənzildə qaz sızması nəticəsində partlayış baş verib, 3 nəfər ölüb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Qaraqandı Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, partlayış şəhərin Respublika küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə baş verib.
Hadisə yerinə gələn xilasetmə və tibb qrupları mənzildə 3 nəfərin cansız bədəninə tapıb..
Digər tərəfdən partlayışdan sonra baş verən yanğından qaçarkən 1 nəfər 3-cü mərtəbədən yıxılaraq yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Mənzildən 2-si uşaq olmaqla 11 nəfər təxliyə edilib.






