Menyu

Bakıda bir sıra yollarda tıxac müşahidə olunur

Nərmin Qocamanlı
Bakıda bir sıra yollarda tıxac müşahidə olunur
1 dəq oxu

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Operativ Media" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Mikayıl Useynov prospekti, Bayraq meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur. 

Əlaqəli Xəbərlər