Menyu

İmişli rayon sakininin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb 

Nərmin Qocamanlı
İmişli rayon sakininin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Mehti Mehtiyev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər