Agentlik: Tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmirik
Nərmin Qocamanlı
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
"Operativ Media" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
“İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected] ünvanına məlumat verməyiniz xahiş edilir”, - deyə məlumatda bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net