Menyu

İdarə rəisi: Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib

Nərmin Qocamanlı
İdarə rəisi: Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
1 dəq oxu

Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib

"Operativ Media" xəbər verir ki, bu sözləri bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda  Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.

"2024-cü ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilmiş, 90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilmişdir."-deyə Elnur Musayev qeyd edib. 

"İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olmuşdur."-deyə Elnur Musayev əlavə edib.

Əlaqəli Xəbərlər