Menyu

Azərbaycan və BƏƏ arasında İT sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Əsəd Abbaslı
Azərbaycan və BƏƏ arasında İT sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
1 dəq oxu

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşdük. İki ölkə arasında İT sahəsində əməkdaşlıq perspektivləri və Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərini müzakirə etdik”, - deyə R.Nəbiyev qeyd edib.

Əlaqəli Xəbərlər