Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında 50 264 namizəd iştirak edib
Nərmin Qocamanlı
Cari ilin 2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları təşkil edilib.
MÜTDA-dan "Operativ Media"ya verilən məlumata görə, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 592 vakant yer təqdim olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma