AYNA: 4 marşrutun hərəkət sxemi dəyişdirilib
Nərmin Qocamanlı
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 29-dan Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Operativ Media" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Mətbuat prospekti, Nazim Hikmət və Fərman Salmanov küçələri, Kənar dairəvi yol ilə təşkil ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net