Lerikin 42 kəndində qaz olmayacaq
Əsəd Abbaslı
Sabah Lerik rayonunun 42 kəndində qazın verilişi dayandırılacaq.
"Operativ Media" xəbər verir ki, Lerik şəhəri E.Qarayev küçəsində yerləşən şəhid atası Mövlanov Tahir Xanış oğluna məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsindən ötrü Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla, ümumilikdə 2 800 abonentin qaz təchizatının sabah saat 10-00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net