11 Yanvar 2023, 11:59
Tayland turistlərdən 9 dollar rüsum almağa başlayacaq

Tayland iyun ayından etibarən turistlərdən ölkəyə daxil olarkən 300 baht (təxminən 9 dollar) rüsum almağa başlayacaq.
"Operativ Media" Taylandın Bangkok Post qəzetinə istinadən xəbər verir ki, Taylandın turizm və idman naziri Pipat Ratçakitprakan bildirib ki, 2023-cü ilin iyun ayından etibarən ölkəyə gələn əcnəbi turistlərdən 300 baht (9 dollar) məbləğində rüsum tutmağa başlamağı planlaşdırır.
Məlumata görə, iş icazəsi və sərhəd keçidi olan əcnəbilərdən rüsum alınmayacaq. Yığılan pulların qəzalardan zərər çəkmiş turistlərə dəstək olmaq və turizm istiqamətlərini inkişaf etdirmək üçün istifadə olunacağı bildirilib.