Bakı-Quba yolunda yük avtomobili körpüdən aşıb, 2 nəfər ölüb
Nərmin Qocamanlı
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Teqlər:
"Bak\u0131-Quba yolunda y\u00fck avtomobili k\u00f6rp\u00fcd\u0259n a\u015f\u0131b 2 n\u0259f\u0259r \u00f6l\u00fcb"