
Forbes jurnalı dünyanın ən varlı şəxslərinin adlarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, nəşrin məlumatına görə, siyahının ilk sırasında 219 milyard dollarlıq sərvətlə amerikalı iş adamı, Tesla və SpaceX'in CEO-su İlon Mask yer alıb.
Amazonun qurucusu Ceff Bozef 171 milyard dollar sərvətlə ikinci sırada yer alıb. Siyahının üçüncü sırasında Bernard Arnault və ailəsi 158 milyard dollar sərvətlə yer alıb. Bernard Arnault Louis Vuitton və Sephora da daxil olmaqla təxminən 70 moda və kosmetika brendinin LVMH imperiyasına nəzarət edir. 4-cü sırada "Microsoft"un qurucusu Bill Qates 129 milyard dollar sərvətlə yer alıb. Meta şirkətinin rəhbəri Mark Zukerberq 67.3 milyard dollarlıq sərvətlə siyahıda 15-ci sırada yer alıb. Teleqramın qurucusu Pavel Durov 15.1 milyard dollar sərvətlə siyahıda 123-cü yerdədir.